AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Miqrasiya maarifləndirilməsində medianın rolu və peşəkar media”

  • + A
  • - A
  • 16-11-2023, 10:32

    “Miqrasiya maarifləndirilməsində medianın rolu və peşəkar media”

    Dövlət Miqrasiya Xidmətinin (DMX) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində “Miqrasiya maarifləndirilməsində medianın rolu və peşəkar media” mövzusunda seminar keçirilir.

    Media nümayəndələrinin miqrasiya sahəsində məlumatlılığının artırılması məqsədilə təşkil olunan tədbirdə DMX və MEDİA rəsmiləri, media nümayəndələri iştirak edirlər.

    Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov miqrasiyanın daha səmərəli idarə edilməsində cəmiyyətin, eyni zamanda medianın aktiv iştirakının xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Xidmət rəisi media nümayəndələri, vətəndaş cəmiyyəti, elmi dairələr, özəl sektor, miqrant icmaları və digər maraqlı tərəflər arasında ideya və təcrübə mübadiləsinin miqrasiya sahəsində çətinlikləri müəyyən etmək, innovativ metodlardan istifadə etmək, habelə miqrasiya siyasətində kompleks yanaşmanı təmin etmək üçün vacib bir vasitə olduğunu vurğulayıb.

    Medianın miqrasiya fenomeninin daha yaxşı və düzgün başa düşülməsində, habelə cəmiyyətdə miqrasiya ilə bağlı yanlış təsəvvürlərin yayılmasının qarşısının alınmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

    Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov birgə seminarda Azərbaycanda miqrasiya idarəçiliyi, bu sahədə əsas konseptlər, qlobal miqrasiya trendləri, Xidmətin maarifləndirmə alətləri, informasiya sorğularına dair tələblər, o cümlədən media məlumatlılığı və peşəkar media fəaliyyətinin təşkili ilə bağlı təqdim ediləcək çıxışların media təmsilçiləri üçün faydalı olacağını qeyd edib.

    Əhməd İsmayılov Agentlik tərəfindən media nümayəndələrinin peşəkarlığının artırılması və ixtisaslaşmasının təmin edilməsi üçün çoxsaylı təlimlərin həyata keçirildiyini və bugünkü birgə seminarın da sahəvi jurnalistikanın inkişafı istiqamətində xüsusi əhəmiyyətini vurğulayıb, seminarın işinə və hər bir iştirakçıya uğurlar arzulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR