AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərinə cavab verib

  • + A
  • - A
  • 21-11-2023, 21:26

    Ermənistan Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərinə cavab verib


    Ermənistan tərəfi Azərbaycana sülh müqaviləsinin altıncı variantını təqdim edib. Azadmedia.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sosial şəbəkədəki nəşrində deyilir.

    Orada qeyd edilir ki, Ermənistan Azərbaycanla əvvəllər elan edilmiş prinsiplər əsasında münasibətlərin normallaşdırılmasına dair sənəd imzalamağa sadiqdir.

    Xatırladaq ki, noyabrın 20-də Azərbaycan prezidenti İlham Əliyev iraqlı həmkarı ilə görüşdən sonra mətbuata açıqlamasında bildirib ki, Bakı İrəvanın Azərbaycan tərəfinin sülh müqaviləsi layihəsi təklifi ilə bağlı şərhlərinə cavab verəcəyini gözləyir. "Biz bir neçə dəfə sülh müqaviləsi layihəsi ilə bağlı təkliflər mübadiləsi aparmışıq, lakin indi biz sentyabrın 11-dən iki aydan artıqdır gözləyirik ki, Ermənistan hökuməti bizə cavab versin. Onların bu şərhlərlə bağlı fikirlərini öyrənmək istəyirik. Amma bizə heç bir məlumat verilməyib. cavabdır”, - deyə dövlət başçısı bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR