AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fələstinli xəstələrin Türkiyəyə üçüncü təxliyəsi başlayır - Türkiyənin səhiyyə naziri

  • + A
  • - A
  • 21-11-2023, 23:08

    Fələstinli xəstələrin Türkiyəyə üçüncü təxliyəsi başlayır -


    Fələstinli xəstələrin Türkiyəyə üçüncü təxliyəsi ilə bağlı İsrail, Misir və Türkiyə nümayəndələrindən ibarət koordinasiya qrupu arasında danışıqlar aparılır. Xüsusilə körpələr, uşaqlar və yaralılar üstünlük təşkil edir. Bununla bağlı razılıq əldə edilib. Hazırda əsasən uşaqlardan ibarət 50 nəfərlik siyahı üzərində iş aparılır. Təxliyə yaxın günlərdə həyata keçirilə bilər. 50 nəfərdən neçəsinin gətirilə biləcəyi, neçə nəfərin gələ biləcək vəziyyətdə olduğu müəyyənləşdirilir.

    Belə ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

    İndiyədək Qəzzadan 88-i xəstə və 62-si onların ailə üzvü olmaqla, ümumilikdə, 150 nəfərin Türkiyəyə gətirildiyini xatırladan nazir, bunlardan dördünün qan, digərlərinin isə xərçəng xəstəsi olduğunu deyib.

    Koca Türkiyənin gələcək təxliyələrdə dörd yaşdan aşağı, xüsusilə vaxtından əvvəl doğulan uşaqların ölkəyə gətirilməsi üzərində işlər apardığını qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR