AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çində zəlzələ: ölənlər var

  • + A
  • - A
  • 23-01-2024, 18:17

    Çində zəlzələ: ölənlər var

    Çinin şimal-qərbindəki Sincan-Uyğur muxtar rayonunda baş verən zəlzələ nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

    Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

    Bildirilib ki, təbii fəlakətin baş verdiyi ərazidən 12 mindən çox insan təxliyə edilib. Yeraltı təkanlar nəticəsində 50-yə yaxın ev dağılıb, daha 78 binaya ziyan dəyib.

    Xatırladaq ki, Çinin Qırğızıstan və Qazaxıstanla sərhədində 7 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Sincan-Uyğur muxtar rayonunun Aksu vilayətindən 121 kilometr qərbdə və Almatıdan 264 kilometr cənub-şərqdə olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR