AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Şuşa – İƏT-in turizm paytaxtı 2026" tədbirinin açılışı olub

  • + A
  • - A
  • Bu gün, 16:12

    "Şuşa – İƏT-in turizm paytaxtı 2026" tədbirinin açılışı olub

    Şuşa şəhərində "Şuşa – İƏT-in turizm paytaxtı 2026" tədbirinin açılış mərasimi keçirilib.

    Bu çərçivədə keçirilən tədbirlərdə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətləri iştirak edirlər.

    Növbəti günlərdə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm üzrə Yüksək Səviyyəli Ekspertlər Qrupunun 9-cu iclası, Qastronomiya Günü, eləcə də İƏT Turizm Nazirlərinin 7-ci görüşünün keçirilməsi nəzərdə tutulur.

    2023-cü ildə İƏT-ə üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Şuşa şəhəri 2026-cı il üçün "İƏT-in turizm paytaxtı" elan edilib.

    Tədbirlər Nazirlər Kabinetinin "Şuşa şəhərinin 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilməsi" ilə bağlı Tədbirlər Planına uyğun olaraq təşkil olunur.(Report)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR