Qırmızı dənizdə ABŞ-a məxsus “Star Airs” gəmisi 2 raket zərbəsi ilə vurulub. Azadmedia.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya məlumat verib.
Belə ki, Y.Səriya atılan raketlərin hədəfə dəydiyini bildirib.
Həmçinin Britaniyanın “Embry” Dəniz Təhlükəsizliyi Şirkəti isə Qırmızı dənizdə yük gəmisinin Bab əl-Məndəb boğazından keçərkən raketlə vurulduğunu təsdiqləsə də, gəminin Yunanıstana məxsus olduğunu və Marşal adalarının bayrağı altında üzdüyünü qeyd edib.
Bundan əlavə, şirkət gəminin sağ tərəfinin zədə alsa da, ekipajın xəsarət almadığını və gəminin təyinat yerinə doğru irəliləməyə davam etdiyini vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.