AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranda qaz kəmərində partlayış baş verdi - Son Dəqiqə

  • + A
  • - A
  • 14-02-2024, 12:47

    İranda qaz kəmərində partlayış baş verdi -


    İranın qərbindəki Çaharmahal və Bəxtiyari əyalətlərindən şimala - Xəzər dənizi ətrafındakı şəhərlərə doğru uzanan qaz kəmərində partlayış baş verib.

    Azadmedia.az “İran wire” saytına istinadən xəbər verir ki, qaz şəbəkəsinə nəzarət mərkəzinin meneceri Səid Ağlı dövlət televiziyasına açıqlamasında “təxribat və terror” aktı nəticəsində təxminən 1270 kilometrlik boru kəmərinin bir neçə hissəsinin zədələndiyini deyib. İranın neft naziri isə baş verənləri sabotaj adlandırıb.

    Belə ki, hadisə nəticəsində heç kimin xəsarət almadığı və ölkə daxilində qaz təchizatının adi rejimdə davam etdiyi bildirilir.

    Qeyd edək ki, ölkədə fəaliyyət göstərən heç bir qruplaşma partlayışın məsuliyyətini üzərinə götürməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR