AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan DİN Kamil Zeynallının axtarışa verildiyini TƏSDİQLƏDİ

  • + A
  • - A
  • 21-02-2024, 13:25

    Ermənistan DİN Kamil Zeynallının axtarışa verildiyini TƏSDİQLƏDİ


    Moskvada saxlanılan azərbaycanlı fitnes məşqçisi Kamil Zaynallı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən qətldə ittiham olunur.

    Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin rəhbərinin mətbuat katibi Narek Sarkisyan bildirib.

    “Göstərilən şəxsə qarşı qətl ittihamı ilə dövlətlərarası axtarış başlayıb”, - Narek Sarkisyan deyib.

    Daha əvvəl xəbər verdiyimiz kimi, azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı Ermənistanın tələbi ilə Moskvada saxlanılıb.

    Ermənistan Daxili İşlər Nazirliyi K.Zeynallının qətldə təqsirli bilinərək axtarışa verildiyini bildirsə də, əslində söhbətin hansı qətldən getdiyi açıqlanmayıb.
    Lakin qeyri-rəsmi məlumatlara görə, K.Zeynallı 44 günlük müharibə zamanı erməni milliyətindən olan bir qocanı qətlə yetirməkdə ittiham olunur.

    Erməni tərəfinin iddiasına görə, bununla bağlı görüntülər internetdə yayılıb.

    Xatırladaq ki, Kamil Zeynallı ötən gecə Moskvadan Bakıya gəlmək istəyərkən "Domodedovo" hava limanında Ermənistanın tələbi ilə saxlanılıb. Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır.

    Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə deyib ki, vəkillər artıq Kami Zeynallı ilə görüşüb və onunla daim əlaqə saxlayırlar. Səfirin sözlərinə görə, K.Zeynallı hələ MDB çərçivəsində 2023-cü ilin mayında Ermənistanın irəli sürdüyü tələbi ilə bağlı saxlanılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR