AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Əli ədaləti” haker qrupu İranın məhkəmə sisteminə kiberhücum zamanı əldə etdiyi bir sıra sənədləri yaydı - ŞOK detallar

  • + A
  • - A
  • 21-02-2024, 13:36

    “Əli ədaləti” haker qrupu İranın məhkəmə sisteminə kiberhücum zamanı əldə etdiyi bir sıra sənədləri yaydı -

    Fevralın 20-də “Əli ədaləti” haker qrupu İranın məhkəmə sisteminə kiberhücum zamanı əldə etdiyi bir sıra sənədləri yayıb.
    Azadmedia.az xəbər verir ki, bu barədə haker qrupunun sosial media şəbəkəsində paylaşım edilib.

    Belə ki, sənədlərdə məhkəmə sistemi rəhbərliyi və işçilərinin mənimsəmə və israfçılıq faktları, məhkəməyə ayrılan vəsaitin bahalı otellər və ziyafətlərdə xərcləndiyi əks olunub.

    Həmçinin, ifşa edilən sənədlərdə İrandan Suriyaya kimyəvi silahların hazırlanması üçün lazım olan materialların göndərilməsi ilə məşğul olan şəbəkənin fəaliyyət göstərdiyi məlum olub.

    Eyni zamanda məhkəmə sisteminin bölgələrdəki etiraz aksiyalarının yatırılması, narazılara qarşı cinayət işlərinin açılması ilə bağlı başqa dövlət qurumları ilə əməkdaşlığını əks etdirən sənədlər yayılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR