AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə parlamentinin sədri: Ermənistanın Azərbaycanla sülh şəraitində yaşamaqdan başqa yolu yoxdur

  • + A
  • - A
  • 25-02-2024, 19:22

    Türkiyə parlamentinin sədri: Ermənistanın Azərbaycanla sülh şəraitində yaşamaqdan başqa yolu yoxdur

    Ermənistanın bu regionda Azərbaycanla sülh və təhlükəsizlik şəraitində yaşamaqdan başqa yolu yoxdur. Mediatv.az xəbər verir ki, bunu Türkiyə parlamentinin sədri Numan Kurtulmuş deyib.

    30 ildən artıq erməni işğalı altında olan Qarabağ bölgəsi 44 gündə azad edilib. Erməni diasporu Nikol Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması ilə bağlı sözlərinə kəskin reaksiya verdi”, - deyən Kurtulmuşun sözlərinə görə, bəzi dairələr bu regionda sülhün olmasını istəmir. Xüsusilə, söhbət Avropa və ABŞ-dakı erməni diasporundan gedir.

    Region ölkələrini Mərkəzi Asiya ilə birləşdirən həyati əhəmiyyətli marşrut yaradacaq Zəngəzur dəhlizi haqqında

    Zəngəzur dəhlizi region ölkələrini Mərkəzi Asiya ilə birləşdirən həyati əhəmiyyətli marşrut yaradacaq. Bunu Asiya Parlament Assambleyasının 14-cü plenar iclasında iştirak etdiyi Azərbaycandan qayıdan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş deyib (APA).

    “Zəngəzur layihəsi uğurla başa çatarsa, bu, təkcə Azərbaycanı deyil, həm də Ermənistan, İran, Türkiyə və Gürcüstanı Qafqazdan keçərək Mərkəzi Asiya ilə birləşdirəcək çox mühüm dəhliz olacaq”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR