Ukrayna Prezidenti Vladimir Zelenski davam edən müharibə fonunda bu ili dönüş nöqtəsi adlandırıb.
Azadmedia.az xəbər verir ki, o, bu barədə jurnalistlərin suallarını cavablayarkən deyib.
Belə ki, "Düşünmürəm ki, bu, ən zəif məqamdır. Sarsıdıcı məqam iki il əvvəl fevvralın 24-ü idi. İndi bizim birliyimiz üçün ən çətin məqamdır.
Əgər biz ortaqlarımızla və daxildən dağısaq, onda bu, ən zəif an olacaq. Hələ ki, bu baş verməyib", - deyə Zelenski bildirib.
Ukrayna üçün genişmiqyaslı müharibənin üçüncü ili haqqında danışan Zelenski bunun “dönüş nöqtəsi” olduğunu vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.