Bu gün 20-yə yaxın avropalı lider Parisdə bir araya gələcək.
Azadmedia.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun müşaviri bildirib.
Belə ki, məqsəd Kremlin Rusiyanın Ukraynaya qarşı müharibədə qalib gəldiyi iddialarına qarşı çıxmaqdır.
Həmçinin "Son bir neçə həftə ərzində Rusiya təcavüzünün artması ilə əlaqədar təcili iclas çağırılır. Biz Putinə çox aydın siqnal göndərmək istəyirik ki, o, Ukraynada qalib gəlməyəcək. Məqsədimiz onun ideyasını məhv etməkdir", - deyə Makronun müşaviri bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.