Rusiya Prezidenti Vladimir Putin 2019-cu ildə Donbasda atəşkəsə çağırmışdı.
Azadmedia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Ukrayna 2024” forumunda çıxışında deyib.
Belə ki, 2019-cu ildə Parisdə keçirilən “Normand dördlüyü” sammitində şəxsi görüşü zamanı Putin ondan Ukraynanın cənub-şərqində atəşkəsin əldə edilməsini istəyib:
“Mən ona dedim ki, Minsk razılaşmaları işləmir, çünki qoşunların təmas xəttinə çəkilməsi ideyasının özü işləmir. O, daim atəşkəs məsələsini gündəmə gətirirdi. Dedim ki, biz hələ 20 il dondurulmuş münaqişə vəziyyətində olacağıq ki, bu da müharibənin bitmədiyini göstərir. Bu barədə danışdıq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.