Xəbər verdiyimiz kimi, fövqəladə hallar naziri Kəmaləddin Heydərova yeni müavin təyin edilib.
Prezident İlham Əliyevun sərəncamı ilə general-mayor Adil Abdullayev nazir müavini postuna təyinat alıb.
General-mayor Adil Abdullayev 21 sentyabr 1977-ci ildə Bakı şəhərində anadan olub.
Adil Abdullayev son təyinata qədər Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.
O, FHN-dən öncə Dövlət Gömrük Komitəsində Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi olub.
Qeyd edək ki, fövqəladə hallar nazirin sabiq müavini, general-leytenant Nazim Məmmədov dünyasını dəyişəndən sonra (2022-ci ilin avqustundan-red.) bu vəzifə boş idi.
Hazırda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun 8 müavini var:
General-leytenant Rəfail Mirzəyev – 1-ci müavin;
General-leytenant Faiq Tağı-zadə - müavin;
General-leytenant Etibar Mirzəyev – müavin;
General-leytenant Ragim Lətifov – müavin;
Orucəli Hacıyev – müavin;
General-mayor Teymur Mehdiyev – müavin;
Tapdıq Əmiraslanov - müavin;
General-mayor Adil Abdullayev müavin.
General-polkovnik Kəmaləddin Heydərov hazırda müavinləri ən çox olan nazirdir.(Modern)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.