Qərbin qlobal üstünlüyü dövrü Ukraynada müharibənin başlaması və Qəzzada İsraillə HƏMAS arasında münaqişə ilə başa çatdı.
Azadmedia.az xəbər verir ki, bunu AB-nin baş diplomatı Jozep Borrell deyib.
Belə ki, o, Qərb ölkələrini təhlükəsizlik və müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirməyə çağırıb:
“Qlobal cənubun bir çox ölkəsi Qərbi ikili standartlarda ittiham edir. Rusiya vəziyyətdən istifadə etməyi bacardı. Moskvanın Ukraynadakı hərəkətləri imperialist və müstəmləkəçi xarakter daşıyır. Qərbin hökmranlığı dövrü doğrudan da başa çatıb”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.