Xocalıda dəhşətli soyqırımı aktını törədən hərbi cinayətkarlar qanun qarşısında cavab verəcəklər.
Azadmedia.az-ın məlumatına görə, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.
Belə ki, politoloq qeyd edib ki, erməni hərbi cinayətkarlarının cəzalandırılması ilə bağlı ədalətli tələbləri bölüşür.
“Xocalıya ədalət, ilk növbədə, o zamankı Ermənistanın dəhşətli siyasətinin nəticəsi olan günahsız mülki qurbanların xatirəsinə ehtiramdır”, - İ.Korotçenko vurğulayıb.
Həmçinin onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası məsələsində ədalət ikinci Qarabağ müharibəsinin nəticələri, eləcə də 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri sayəsində zəfər çalıb: “Bu gün ölkə səmərəli şəkildə inkişaf edir. müharibənin yaraları sağalır, məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıtması üçün genişmiqyaslı proqram qəbul edilib”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.