ABŞ Prezidenti Co Bayden gələn bazar ertəsi İsrail və HƏMAS arasında atəşkəs olacağına ümid etdiyini bildirib.
Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, “Milli təhlükəsizlik müşavirim buna yaxın olduğumuzu deyir. Ümid edirəm ki, gələn bazar ertəsi biz atəşkəsə nail olacağıq”, - deyə o bildirib.
Qeyd edək ki, tərəflər Qətərdə danışıqlar zamanı başqa məqamlarla yanaşı, girovların azad edilməsi ilə bağlı razılıq əldə etməyə yaxınlaşıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.