NATO-nun yeni mətbuat katibi təyin olunub.
Azadmedia.az xəbər verir ki, Baş katib Yens Stoltenberq Böyük Britaniyadan olan Fərəh Daxlallahı NATO-nun növbəti sözçüsü təyin edib.
Belə ki, "Fərəh Daxlallahı NATO-nun növbəti sözçüsü kimi qarşılamağı səbirsizliklə gözləyirəm. Daha təhlükəli dünyada aydın və vaxtında ünsiyyət, media ilə əlaqə həmişəkindən daha vacibdir", - deyə Stoltenberq deyib.
Qeyd edək ki, Fərəh Daxlallah daha əvvəl Birləşmiş Millətlər Təşkilatında, Böyük Britaniya hökumətində və "AstraZeneca" şirkətində, eləcə də bir sıra media təşkilatlarında çalışıb. O, 2010-cu ildən 2023-cü ilə qədər mətbuat katibi vəzifəsində çalışmış Oana Lunçeskunu əvəz edir. Yeni mətbuat katibi mart ayından etibarən fəaliyyətə başlayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.