NATO bilavasitə Ukraynaya təlim missiyaları göndərə bilər, lakin döyüş əməliyyatlarında iştirak etmək üçün qoşun göndərə bilməz.
Azadmedia.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Litvanın müdafiə naziri Arvidas Anuşauskas jurnalistlərə deyib.
Belə ki, “Biz təlim missiyaları və təlimçilərin göndərilməsindən danışırıq. Qərar çoxtərəfli əsasda verilərdi”, – deyə nazir bildirib.
Belə ki, nazirin sözlərinə görə, məsələ istişarə və müzakirə mərhələsindədir:
“Mövqe dəyişə də bilər. Ukraynaya yardımın formaları axtarılır. Müxtəlif ölkələrin fərqli mövqeləri var. Eyni zamanda, bu, Rusiyaya siqnalımız olacardı”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.