AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Parisdəki görüş iştirakçıları ilk növbədə iki aktual hərbi məsələni müzakirə ediblər - KİV

  • + A
  • - A
  • 28-02-2024, 12:57

    Parisdəki görüş iştirakçıları ilk növbədə iki aktual hərbi məsələni müzakirə ediblər -



    Bəzi Qərb ölkələri Rusiya ordusu cəbhədə ciddi uğur əldə edəcəyi təqdirdə Ukraynaya öz hərbi qüvvələrini göndərmək imkanını istisna etmir.

    Belə ki, bu barədə “Bild” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

    “Rusiyanın genişmiqyaslı hücumu olacağı təqdirdə bəzi dövlətlər Ukraynaya öz silahlı qüvvələrini göndərmək imkanını nəzərdən keçirəcək. Belə bir ehtimalı nəzərdən keçirən ölkələr Fransa, Böyük Britaniya, Polşa, eləcə də Baltikyanı dövlətlərdir. Lakin bu dövlətlərin heç biri fevralın 26-da Yelisey sarayında keçirilən görüşdə hərbçilərin göndərilməsinin tərəfdarı olduqlarını açıq şəkildə bildirməyib”, - deyə məlumatda deyilir.

    Mərkəzi Avropa ölkələrindən iki mənbə Qərbin Ukraynaya öz ordusunu göndərə biləcəyinə şübhə ilə yanaşır. Onlar hesab edirlər ki, Rusiya ilə birbaşa hərbi qarşıdurma qorxusu həddən artıq böyükdür və bəzi Qərb ölkələrinin hərbi resursları çox məhduddur.

    Qeyd olunur ki, Fransa doğrudan da Ukraynaya qoşun yeritmək məsələsini nəzərdən keçirmək istəyirdi:

    “Parisdə planlaşdırılan müzakirələr yalnız fundamental məsələlərə, məsələn, qüvvələrin Ukraynaya göndərilməsinə dair hüquqi tələblərə aid olmalı idi. Parisdəki görüş iştirakçıları ilk növbədə iki aktual hərbi məsələni müzakirə ediblər: Ukraynaya 155 mm-lik artilleriya sursatının tədarükü və hava hücumundan müdafiəni”.

    Qeyd edək ki, Fransa lideri Emmanuel Makronun Ukraynaya Avropanın hərbi qüvvələr göndərməsini istisna etməməsi qalmaqal yaradıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR