İspaniyanın xarici işlər naziri Xose Manuel Albares əmin edib ki, Krallıq Ukraynaya qoşun yeritməyəcək.
Azadmedia.az xəbər verir ki, bu barədə nazir parlamentdə çıxış edərkən deyib:
Belə ki, “Ukraynada ispan qoşunları olmayacaq, təbii ki, olmayacaq. Hökumətimiz Qəzzada və Ukraynada eyni şeyi, sülh və beynəlxalq hüquqa hörməti istəyir", - deyə o qeyd edib.
Həmçinin, İspaniyanın müdafiə naziri Marqarita Robles Avropa qoşunlarının nəzəri olaraq Ukraynaya göndərilməsinin münaqişənin kəskinləşməsinə səbəb olacağı fikrini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.