AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tamhüquqlu üzvü hesab edir - Zaxarova

  • + A
  • - A
  • 29-02-2024, 00:28

    Rusiya Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tamhüquqlu üzvü hesab edir -


    Moskva Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tamhüquqlu üzvü hesab edir.

    Azadmedia.az xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

    O qeyd edib ki, İrəvan KTMT-ni Avropa İttifaqından olan müşahidəçilərlə əvəzləməyə üstünlük verib. “Bu missiyanın işinin sıfıra bərabər olan səmərəliliyi hər kəsə aydındır. Biz o nöqteyi-nəzərdən çıxış edirik ki, Ermənistan Respublikası statusundan irəli gələn bütün hüquqları və öhdəlikləri ilə birlikdə KTMT-nin tamhüquqlu üzvü olaraq qalmaqda davam edir”, - deyə diplomat vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR