AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Roma Papası Fransisk xəstəxanaya yerləşdirilib - KİV

  • + A
  • - A
  • 29-02-2024, 08:19

    Roma Papası Fransisk xəstəxanaya yerləşdirilib -

    Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk xəstəxanaya yerləşdirilib.

    Azadmedia.az xəbər verir ki, bu barədə Vatikanın mətbuat xidməti məlumat yayıb.

    Belə ki, Papa Fransisk İtaliyanın paytaxtı Romadakı “Gemelli - Isola Tiberina” xəstəxanasında bəzi diaqnostik testlərdən keçib.

    Həmçinin pontifikin martın 2-si Vatikanın Apostol Sarayında Almaniya Kansleri Olaf Şoltsla görüşdə iştirak edəcəyi bildirilib.

    Qeyd edək ki, bir müddətdir Roma Papasının səhhətində problem yaranıb. Qripə yoluxan pontifikin son günlərdəki bütün görüş və tədbirləri ləğv olunub. Bugünkü görüşdə isə onun iştirakçılara müraciətini Vatikanın əməkdaşı oxuyub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR