BMT Baş katibi Antonio Quterreş Qəzzada təcili atəşkəslə bağlı çağırış edib.
Azadmedia.az xəbər verir ki, o, bu barədə “X”də yazıb.
Belə ki, “Mən təcili humanitar atəşkəsə və bütün girovların qeyd-şərtsiz azad edilməsinə çağırışımı təkrarlayıram”, - deyə Baş katib yazıb.
O bildirib ki, indiyə qədər Qəzzada 30 mindən çox insan ölüb, 70 mindən çox insan yaralanıb.
Qeyd edək ki, Yaxın Şərqdə İsraillə HƏMAS arasında müharibə 2023-cü il oktyabrın 7-də başlayıb.
Həmçinin Misir Prezidenti Əbdülfəttah əs-Sisi fevralın 28-də deyib ki, yaxın vaxtlarda Qəzzada atəşkəs elan oluna bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.