Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlıdır, buna görə də qonşu ölkələrə danışıqlar üçün öz platformasını təklif edir.
Azadmedia.az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia Türkiyənin Antalya vilayətində keçirilən III Diplomatiya Forumunda deyib.
Belə ki, onun sözlərinə görə, Gürcüstan tərəfi ümid edir ki, İrəvan və Bakı razılığa gələcək və ondan hər iki tərəf faydalanacaq: “Sülhün alternativi yoxdur, bu səbəbdən Tibilisi Cənubi Qafqazda danışıqları və sabitliyin bərqərar olmasını dəstəkləyir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.