Qərb mülkiyyət toxunulmazlığı prinsipinin üstündən xətt çəkməzdən əvvəl ciddi düşünməlidir.
Azadmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyada keçirilən Diplomatik Forumun yekunlarına dair brifinqdə Rusiyanın dondurulmuş aktivlərinin mümkün müsadirəsi ilə bağlı Qərbdə aparılan müzakirələri şərh edərkən bildirib.
Belə ki, “Hesab edirəm ki, qərbli həmkarlarımız həm də mülkiyyətin toxunulmazlığı prinsipi barədə düşünməlidir. Onun üstündən xətt çəkməzdən əvvəl bu barədə çox ciddi düşünməlidirlər”, - deyə Lavrov deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.