“Ukraynaya qoşun göndərmək Şimali Atlantika Müqaviləsi Təşkilatının qərarını pozacaq”.
Azadmedia.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.
Belə ki, “İki il əvvəl NATO-ya üzv ölkələr qərara gəldilər ki, təşkilat müharibə edən tərəf deyil və qurumla Rusiya arasında münaqişənin qarşısını almaq üçün hər şey edilməlidir. Qoşunların göndərilməsindən danışan Qərb siyasətçiləri NATO-nun bu qərarını pozurlar”, - deyə Siyarto vurğulayıb.
Həmçinin o əlavə edib ki, Macarıstanın mövqeyi dəyişməz olaraq qalır - ölkə Ukraynaya əsgər və ya silah göndərməyəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.