AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İƏT-in sessiyasında Qəzzadakı vəziyyət və hərbi əməliyyatların yaratdığı humanitar böhran müzakirə edilib - İsrail mətbuatı

  • + A
  • - A
  • 6-03-2024, 14:59

    İƏT-in sessiyasında Qəzzadakı vəziyyət və hərbi əməliyyatların yaratdığı humanitar böhran müzakirə edilib -

    Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının fövqəladə sessiyasında Qəzzadakı vəziyyət və hərbi əməliyyatların yaratdığı humanitar böhran müzakirə edilib.

    Azadmedia.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

    Belə ki, tədbirdə çıxış edən Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysal bin Fərhan İsrail hərbçilərinin Rəfahdakı istənilən hərəkətinin təhlükəli nəticələrə səbəb olacağını bildirib.

    O, həmçinin fələstinlilərin öz torpaqlarından qovulmasına qarşı çıxıb:

    “Beynəlxalq ictimaiyyət İsrailin hərəkətlərinə getdikcə daha çox qəzəbini bildirir. Və artıq daha çox ölkə Fələstin dövlətini tanımaq barədə düşünür”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR