Avropa İttifaqı (Aİ) təhlükəsizliklə bağlı narahatlıqlara cavab olaraq ilk dəfə müdafiə sənayesi strategiyasını təqdim edib.
Azadmedia.az Avropa Komissiyasının məlumatına istinadla xəbər verir ki, yeni strategiyaya görə, 2030-cu ilədək üzv dövlətlərin daxili silah ticarəti Aİ-nin müdafiə bazarı dəyərinin azı 35 faizini təmin etməlidir. Bunun üçün həmin dövr ərzində avadanlıqların ən azı 40 faizi alınmalıdır. Eyni zamanda, ittifaq daxilində müdafiə satınalmaları bu sahə üçün ayrılan büdcənin azı 50 faizinə, növbəti beş ildə isə 60 faizinə bərabər olmalıdır.
Belə ki, “Avropanın müdafiə sənayesinin həcmini artırmaq üçün üzv dövlətlər daha çox sərmayə qoymalıdır”, – deyə Avropa Komissiyasından bildirilib. Qurum bu strategiyanın uğurla həyata keçirilməsi və müdafiə məhsullarının tədarükünün vaxtında təmin olunması üçün qanun layihəsini təqdim edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.