AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Asif Ağayev ondan şikayət edənləri "müxalifətçi" kimi təqdim edir... - YAP-çı sahibkar prezidentə şikayət etdi

  • + A
  • - A
  • 21-02-2017, 10:06

    Asif Ağayev ondan şikayət edənləri "müxalifətçi" kimi təqdim edir... - YAP-çı sahibkar prezidentə şikayət etdi

















    Şamaxı rayon İcra Hakimiyətinin rayonda fermer və sahibkarların başlarına açdığı oyunlardan çox təəssüf ki, "yuxarılar"ın xəbəri yoxdur.

    Bu barədə AFN-ə Şamaxıdan olan fermer Toğrul Salahov deyib. Onun sözlərinə görə, icra hakimiyyəti rəhbərliyi tərəfindən onlara yaradılan problemlərlə bağlı Prezident Administrasiyasına göndərilən müraciətləri ünvana çatmır: “Şamaxıda xalqla dövləti üz-üzə qoyan şəxs icra başçısının birinci müavini Qasım Qasımovdur. Onun vasitəsilə rayondan gələn şikayətlər, müraciətlər ört-basdır edilir”.

    YAP-ın fəal üzvlərindən olduğunu deyən müraciət müəllifi qeyd edir ki, Şamaxıda insanlara qarşı olan haqsızlıqlara dözmədiyi üçün belə bir müraciət ünvanlamalı olub: “Mən istəyirəm cənab prezidentimiz İlham Əliyev rayonda olanlardan xəbərdar olsun. Əminəm ki, o, bunları bilsə biz sahibkarların mövqeyini müdafiə edəcək. Lakin bunlar mənə müxalifətçi deyirlər, yalandan məni müxalifətçilikdə ittiham edirlər. Mən əminəm ki, bu məmurlar xalqla prezident arasında sədd qururlar, xalqın səsini ölkə başçısına çatmağa qoymurlar. Halbuki cənab prezident dəfələrlə onları xalqa xidmət etməyə çağırıb, buna əməl etməyənlərə isə layiqli cəzanı verib. Mən gənc sahibkar və fermerəm. Bu gün bizim əlimizdən qış otlaq sahələri alınır. Rayonda heyvandarlığı monopoliyaya alırlar, adını da qoyurlar ki, əkinçilik lazımdır. Ət və süd məhsullarının qiyməti gündən-günə bahalaşır, səbəbi də bu cür maneçiliklərdir. Yerlərdə fermerlər sərbəst iş qura bilmirlər”.

    Məktub müəllifi daha sonra qeyd edir ki, Şamaxıdakı Sirə qışlağı orada fəaliyyət göstərən fermerlərdən alınır: “Şamaxı və Hacıqabul rayonu ərazisində cəmi 50 min hektara yaxın qış otlaq sahələrində həm Şamaxıdan, həm də Hacıqabuldan olan 300-dən çox sahibkara, 500-dən çox ailəyə məxsus 200 min baş xırdabuynuzlu, 10 min baş iribuynuzlu heyvanın taleyi Allahın ümidinə qalib. Ötən il noyabrın 29-da hər iki rayonun ərazisinə düşən qış otlaq sahəsindən istifadə edən sahibkarlara gələn bildirişdə xəbərdarlıq olunub ki, torpaq sahələri geri alınır. Lakin bu, hansı məqsədlə edilir, bu haqda rəsmi heç nə deyilmir. Gah deyirlər, bu torpaqlar ərəblərə satılıb, gah deyirlər, kimdirsə, arxası gedib yuxarılara çıxır. 20 ildən çoxdur ki, hər iki rayonun sahibkarları və çobanları qanuni şəkildə – icarə müqavilələri əsasında bu örüş sahələrindən istifadə edir”.
    Orada fəaliyyət göstərən sahibkarların bəzilərinin müqavilə müddətinin bitməsinə 10 ildən çox qalıb. T.Salahov bildirir ki, ət və süd məhsularinin qiymət günü gündən yuxar qalxir və belə getsə daha çox qalxacaq: “İcazə versinlər biz həmin sahələrin yarısını əkək, yarısında da heyvanlarımızı saxlayaq, xalqa xidmət edək. Həmin ərazilərdə sahibkarlığın məhv edilməsi onlarla ailəni, yüzlərlə insanı çörəksiz qoymaq deməkdir. O ərazilər elədir ki, kotan dəyəndə torpaq keyfiyyətini itirir. Biz bir neçə sahibkar kənd təsərrüfatı naziri Heydər Əsədovun qəbulunda olduq, bizə dedi ki, o yerləri alan halal adamdır, sizinlə halallaşacaq. Burada heyvandarlıq məhv edilir, nazir deyir sizinlə halallaşacaqlar. Əkin üçün respublikada həddən çox torpaq var, təəssüf ki, işbaz məmurlar onların təyinatını dəyişir mənimsəyirlər”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR