AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şamaxılı sahibkarlar başçıdan dad deyir - ETİRAZ

  • + A
  • - A
  • 17-02-2017, 13:43

    Şamaxılı sahibkarlar başçıdan dad deyir - ETİRAZ














    “Dövlətin qanunlarını sayan yoxdur. Üç-beş manat papirospulu verməklə başımızı aldadıb torpaqları əlimizdən almaq, bizi ac-susuz qoymaq istəyirlər”. Fevralın 16-da Şamaxıdakı Sirə qışlağına toplaşanlardan biri - Toğrul Salahov belə deyib.

    Sahibkarlarla çobanları qışlaqda bir araya gətirən səbəb icra hakimiyyətinin onlara 3 aydır göndərdiyi bildirişlərdir. İndi toplaşıb qışlaq sahəsinin əllərindən alınmaması üçün çıxış yolu axtarırlar. “Məsələ həllini tapmayınca, günaşırı toplaşacağıq”

    Həmin bildirişdə göstərilib ki, Şamaxının inzibati ərazisinin Padar massivində iri taxılçılıq təsərrüfatı yaradılacağından, bu torpaqların təyinatı dəyişdirilərək, dövlət ehtiyat fondu kateqoriyasına keçirilib. Bu səbəbdən, həmin torpaqlara görə sahibkarlarla bağlanmış müqavilələrə birtərəfli xitam verilib.

    Sözügedən torpaqları müqavilə əsasında icarəyə götürüb örüş kimi yararlanan sahibkar və çobanlar yerli icra hakimiyyətinin bu qərarına etiraz olaraq yanvarın 14-də aksiya keçirmək istəyiblər. İcra hakimiyyətinə müraciət olunsa da, qurum sahibkarlara və çobanlara məktub göndərərək, aksiyaya icazə verməyib. Lakin sahibkarlar deyir, bıçaq sümüyə dirənib. Onlar məsələ həllini tapmayınca, günaşırı toplaşacaqlarını deyiblər.

    Sahibkar və çobanlar bələdiyyədən və yerli icra hakimiyyətindən toplaşdıqları əraziyə səlahiyyətli şəxsləri dəvət etsələr də, gələn olmayıb.

    Şamaxı Rayon İcra Hakimiyyətindən bildirilib ki, torpaqların təyinatının dəyişdirilməsi ilə bağlı sahibkarlara göndərilən bildirişlərdə səbəb aydın yazıldığından, əlavə məlumat verə bilməzlər.

    Şamaxı və Hacıqabul rayonu ərazisində 50 min hektar qış otlaq sahələrində hər iki rayonun 300-dən çox sahibkarına, 500-dən çox ailəsinə məxsus 200 min baş xırdabuynuzlu, 10 min baş iribuynuzlu heyvan otarılır. Sahibkarla torpaqların, əslində, hansısa işadamına satıldığını deyirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR