Polşanın nüvə başlıqlarının yerləşdirilməsi üzrə NATO-nun Nüvə Bölgüsü proqramında iştirakı yalnız alyans tərəfdaşları ilə müzakirə mövzusu olub.
Azadmedia.az xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda bildirib.
Belə ki, “Polşanın Nüvə Bölgüsü proqramında iştirakı ilə bağlı heç bir qərar qəbul edilməyib”, - deyə dövlət başçısı qeyd edib.
Həmçinin o əlavə edib ki, NATO tərəfdaşları ilə görüşlərdə bu mövzu vaxtaşırı müzakirəyə çıxarılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.