Masallı, 24 may — Azadmedia.az
Masallı rayonunda “28 May-Müstəqillik Günü”nə həsr olunmuş Lənkəran-Astara regionu üzrə spartakiadanın açılış mərasimi baş tutub.
Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, Masallı Olimpiya İdman Kompleksində Masallı Rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “ 28 May-Müstəqillik Günü”nə həsr olunmuş Lənkəran-Astara regionu üzrə Spartakiadanın açılış mərasimi reallaşdırılıb.
Belə ki, açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, deputat Məşhur Məmmədovun köməkçiləri Əli Nağıyev, Rəmzi Şahverdiyev, idman həvəskarları, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
İlk növbədə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan müstəqilliyi və torpaqlarımızın azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov açıq elan edib. Daha sonra qonaqları və idmançıları salamlayıb, dövlət tərəfindən idmana, idmançılara göstərinlən diqqət və qayğıdan söz açaraq, rayonda fəaliyyət göstərən idman mərkəzlərinin və idmançıların qazandığı uğurlardan söz açıb. Eyni zamanda yarışda iştrak edən idmançılara uğurlar arzu edib.
Bundan əlavə, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə çıxışında bildirib ki, bu tədbirin keçirilməsində əsas məqsəd “28 may-Müstəqillik Günü”nün qeyd olunması, sağlam həyat tərzinin təbliği və ayrı-ayrı yaş qruplarında olan insanların idmana cəlb edilməsidir. Sonda bir daha yarışda iştrak edən bütün idmançılara uğurlar arzulayıb.
Tədburin gedişində idmançıların paradından sonra, Cəlilabad rayonunun Kontakt Karate “Aslanlar” klubunun üzvləri tərəfindən nümunəvi çıxışlar göstərilib. Həmçinin Masallı Mədəniyyət Mərkəzinin “Halay” rəqs qrupu rəqs nömrələri ilə çıxış ediblər.
Qeyd edək ki, sonda Spartakida çərçivəsində keçirilən voleybol, minifutbol, atletika, stolüstü tennis və həndbol yarışlarında qalib gələn komandalar və idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin kubok, medal və diplomları ilə təltif ediliblər.
Azadmedia.az kollektivi idman sahəsində uğur qazanmış bütün idmançıları təbrik edir, nailiyyətlər arzu edir!