Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunan Fernandu Santuş ilə görüşüb.
Azadmedia.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Belə ki, görüşdə milli komandanın qarşısına qoyulan hədəflər, güclü və rəqabətədavamlı komandanın formalaşdırılması istiqamətində görüləcək işlər müzakirə edilib. Söhbət zamanı, həmçinin Azərbaycan futbolunun inkişafına dair gələcək planlar, o cümlədən uşaq futbolunun inkişafı və digər məsələlər barədə fikir mübadiləsi aparılıb
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.