AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İyul ayının birinci ongünlüyündə havanın temperaturu normadan yüksək olub

  • + A
  • - A
  • 11-07-2024, 15:17

    İyul ayının birinci ongünlüyündə havanın temperaturu normadan yüksək olub


    İyul ayının ötən ongünlüyü ərzində ölkə ərazisində orta aylıq temperatur iqlim normasından 4.5 dərəcə yüksək olub. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

    O qeyd edib ki, havanın maksimal temperaturu iyul ayının ilk ongünlüyündə bəzi günlərində Bakıda və Abşeron yarımadasında 38, Naxçıvan MR-da və Aran rayonlarında 38-40 dərəcəyədək yüksəlib.

    “İyul ayının ötən dövrü ərzində havanın temperaturunun normadan yüksək olduğuna baxmayaraq çoxillik məlumatlarla müqayisədə rekord göstərici yenilənməyib. Belə ki, çoxillik müşahidə məlumatlarına əsasən iyul ayında ən isti hava 2018-ci il iyulun 1-də qeydə alınıb və havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 44.5, bölgələrdə isə 44 dərəcəyədək isti olub”.

    N.Mahmudovun sözlərinə görə, iyul ayının ötən on günü ərzində əksər bölgələrdə yağmursuz hava şəraiti müşahidə olunsa da, xüsusilə dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb.

    “İyul ayının ötən müddəti ərzində bölgələrdə 8 gün küləyin sürəti 15 m/s-dən çox olub, küləyin maksimal sürəti isə arabir 23 m/s-dək güclənib. Gözlənilən küləkli hava şəraiti ilə bağlı öncədən əhaliyə və aidiyyəti qurumlara sarı və narıncı xəbərdarlıqlar verilib”.

    N.Mahmudovun sözlərinə görə, yaxın günlərdə əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilsə də, bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR