AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

 Britaniya Aİ-nin Rusiya ilə mübarizə istəyinə münasibət bildirib

  • + A
  • - A
  • Bu gün, 14:25

     Britaniya Aİ-nin Rusiya ilə mübarizə istəyinə münasibət bildirib

    Böyük Britaniyanın keçmiş Müdafiə Qərargah rəisi, Toni Bleyerin Qlobal Dəyişiklik İnstitutunun baş və strateji müşaviri Nik Karter deyib ki, Avropanın Rusiya ilə döyüşmək iradəsi olmaya bilər. Bu barədə “Politico” qəzeti yazır.

    Karter bildirib ki, sentyabrın 9-dan 12-dək Qərb ölkələrinin müdafiə nazirləri, yüksək rütbəli hərbi qulluqçular və müdafiə sənayesinin rəhbərləri DSEI Beynəlxalq Müdafiə və Təhlükəsizlik Avadanlıqları Sərgisini ziyarət edəcək, burada yeni hərbi texnologiyalarla tanış olacaqlar. Lakin Qərb üçün əsl sınaq müasir silahların istehsalı deyil, “praktikada kifayət qədər tez səfərbər olmaq bacarığı” ola bilər.

    "Əsl sual, Avropanın bu texnologiyalardan istifadə etmək iradəsinin, sürətinin və koordinasiyasının olub-olmamasıdır. Bizim iqtisadiyyatımız və texnoloji bazamız Rusiyanı üstələyir, müttəfiqlərimiz isə tayı-bərabəri yoxdur. Əgər gecikmədən hərəkətə keçmək qərarına gəlsək, Rusiyanın istənilən hərəkətinin öhdəsindən gələ biləcəyik. Sual ondan ibarətdir ki, biz bunu etmək istəyirikmi", - Karter paylaşıb.

    Bir gün əvvəl jurnalist Tomas Fazi bəyan etmişdi ki, Avropa ölkələrinin anti-Rusiya ritorikası blokla Rusiya arasında birbaşa qarşıdurmaya gətirib çıxarır.

    Bu baxımdan, jurnalistin fikrincə, Brüssel öz ritorikasını dəyişməli və Rusiya Federasiyası ilə münasibətlərin normallaşması istiqamətində kurs tutmalıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR