AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan sərhədçiləri azərbaycanlı sürücünü öldürüb

  • + A
  • - A
  • 13-07-2024, 17:46

    Ermənistan sərhədçiləri azərbaycanlı sürücünü öldürüb


    İyulun 12-də İran-Ermənistan sərhədində yük avtomobilinin əslən azərbaycanlı olan sürücüsü, İran vətəndaşı Amid Quluzadə Ermənistan sərhədçiləri tərəfindən qətlə yetirilib.

    APA xəbər verir ki, bu barədə məlumat teleqram kanallarında yayılıb.

    İnsident milli zəmində baş verib. Belə ki, İran-Ermənistan sərhədinin "Nurduz" sərhəd-keçid məntəqəsində Ermənistan sərhədçiləri məntəqədən yalnız erməni əsilli sürücülərin keçidinə icazə verib. Bu isə ərazidə növbə gözləyən azərbaycanlı sürücülərin narazılığı ilə nəticələnib.

    Hadisə yerinə təcili yardım çağırılsa da, həkimlər əraziyə bir neçə saatdan sonra gəliblər.

    Bu səbəbdən azərbaycanlı sürücü dünyasını dəyişib.

    Hələlik baş verən hadisə barədə rəsmi açıqlama verilməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR