Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə nəzarətsiz ərazidə iki nəfərin çimərkən batması barədə məlumat daxil olub.
Bu barədə Azadmedia.az-a qurumun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, əraziyə dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb edilib.
Operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2007-ci il təvəllüdlü Mirzəyev Nihad Yalçın oğlu “Qızılqum” dalğıc-axtarış qrupunun xilasediciləri tərəfindən xilas edilib. 2010-cu il təvəllüdlü Seyidov Mirkamil Mirəli oğlunun isə meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.