Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin və satışını təşkil edən əvvəllər də eyni əmələ görə məhkum olunmuş Məmməd Qasımov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun üzərinə və yaşadığı ünvana keçirilən baxış zamanı 1 kiloqrama yaxın heroin və 1 ədəd elektron tərəzi aşkarlanıb.
Araşdırmalar zamanı M.Qasımovun narkotik vasitəni satış məqsədilə iranlı narkotacirdən aldığı müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.