Kriminal avtoritet Amin Mərdəkanskinin qətlinin təfərrüatları məlum olub. Criminal.az-ın əldə etdiyi məlumata görə, onu öldürən Ruhulla Abdullazadə atasının qisasını alıb.
Ötən il noyabrın 1-də Amin Mərdəkanskinin qardaşı 39 yaşlı Pərviz Xudaverdiyev Şağan qəsəbəsi ərazisində Cavanşir Abdullayevi “Revolver” markalı silahla qətlə yetirib. Öldürülən C.Abdullayev Amin Mərdəkanskinin qudası olub. İddialar səsləndirilir ki, Cavanşiri Amin öldürüb, ancaq cinayəti qardaşı boynuna götürüb. Qudaları qan düşməni edən Aminin kürəkəni ilə İlahə adlı müğənni arasındakı münasibət olub. Ailə məsələsi olduğuna görə, hadisəni tam detalı ilə açıqlamırıq.
İddia olunur ki, Cavanşir Abdullayevin ölümü də təsadüfən baş verib. Amin silahla öz kürəkənini öldürmək istəyib, lakin atası qarşısına keçdiyindən güllə ona dəyib.
Amini öldürən Ruhulla isə kürəkən yox, qızının qaynıdır, yəni Cavanşir Abdullayevin başqa oğludur.
Dünən Ruhulla atasının qisasını almaq üçün Amin Mərdəkanskini torpaq məsələsi adı ilə çimərliyə çağırıb və orada güllələyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.