Yol-nəqliyyat hadisələri zamanı 20 işıqfor və avadanlıqlarına zərər dəyib.
Baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada işıqforu yararsız vəziyyətə düşüb. Hadisə paytaxtın Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında qeydə alınıb. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Ömər Xıdırovun sözlərinə görə, ötən 6 ay ərzində Bakının müxtəlif küçə və prospektlərində baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində Mərkəzin idarəetməsində olan 20 işqıfora və onun avadanlıqlarına (idarəemə qutusu və s.) ziyan dəyib. Vurulmuş zərər ilə əlaqədar aidiyyəti üzrə sorğular göndərilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.