AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəkidə VII əsrə aid gümüş sikkələri satmaq istəyən şəxs saxlanılıb

  • + A
  • - A
  • 5-09-2024, 09:56

    Şəkidə VII əsrə aid gümüş sikkələri satmaq istəyən şəxs saxlanılıb


    Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində qədim tarixə malik sikkələri satmaq istəyən rayon sakini Bəhram Abdurahmanov saxlanılıb.
    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ondan 73 ədəd sikkə götürülərək müvafiq ekspertizalara təqdim olunub. Ekspertizaların da rəylərinə əsasən həmin predmetlərin VII əsrdə pul vahidi kimi istifadə edilən və Azərbaycanın milli mədəni irs siyahısına aid olan gümüş sikkələr olduğu müəyyən edilib.
    Götürülmüş sikkələr saxlanılması üçün aidiyyəti üzrə Şəki Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.
    Faktla bağlı araşdırmalar davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR