AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • Bu gün, 10:32

    Sutka ərzində baş verən cinayət və hadisələr

    DİN-in Mətbuat Xidmətindən Azadmedia.az-a verilən məlumata görə,

    *Oktyabrın 5-də və 6-da ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.*
    - Axtarışda olduğuna görə ümumilikdə 41, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.
    ***

    *Oktyabrın 5-də və 6-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.*
    ***

    *Polis əməkdaşlarının oktyabrın 5-də və 6-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.*
    ***


    *Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə* rayon ərazisində yerləşən bir binanın saxlanc yerindən 1000 manat dəyərində təmir alətləri və naqil oğurlamaqda, digər binanın anbarından isə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən, əvvəllər narkotik cinayətinə görə məhkum olunmuş 31 yaşlı H.Civişov saxlanılıb.

    Araşdırma aparılır.

    *Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davamlı olaraq həyata keçirilir.*

    *Oktyabrın 5-də və 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 9 tüfəng, 27 patron darağı və 138 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.*
    ***

    *Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 5-də və 6-da ümumi çəkisi 31,7 kiloqrama yaxın narkotik vasitə, həmçinin 401 ədəd metadon həbi aşkar olunaraq götürülüb.*

    *Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.*
    ***

    *Polis əməkdaşlarının sayıqlığı nəticəsində dəmir yolu stansiyasından oğurluğa cəhd edən şəxs saxlanılıb*

    Xanabad-Şəki dəmir yolu xəttindən oğurluğa cəhd göstərən şəxs *Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.* Onun 65 yaşlı F.Mutadayin olması və Şəki dəmir yolu stansiyası ərazisindən oğurluq etməsi də müəyyən olunub.
    Araşdırma aparılır.
    ***

    *Oğurluq*

    *Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə* Bayıl qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 5000 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən 31 yaşlı E.Nəsirli müəyyən olunaraq saxlanılıb.

    Araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR