AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda itlərin əhatəsində tapılan iki yaşlı uşaq kimdir?

  • + A
  • - A
  • 17-10-2018, 12:46

    Bakıda itlərin əhatəsində tapılan iki yaşlı uşaq kimdir?
















    Bakıda iki yaşlı qız uşağını demək olar ki, itlərin ağzından alıblar.

    Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədr müavini və eyni zamanda Birliyin nəzdindəki Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin direktoru Vasif Akifli məlumat verib.

    Uşağı bir kişi oktyabrın 12-də səhər saat 5:00-da Mir Cəlal küçəsində çoxsaylı itlərin əhatəsində tapıb. O, itlərin hürüşmə səsi ilə yanaşı ağlayan uşaq səsi də eşidib. Yaxına gedərək səhərin alaqaranlığında uşağın orada nə etdiyinə baxmaq istəyib. İtləri qovaraq orada çirkin içində və soyuqdan donmuş qız uşağını görüb. Yoldan keçən adam bu barədə Bakının Nəsimi rayon Polis İdarəsinə məlumat verib. Polis isə uşağı müvəqqəti olaraq sözügedən sığınacağın himayəsinə verib.
    Akiflinin sözlərinə görə, uşağın bədənində hər hansı fiziki zorakılıq əlamətləri aşkarlanmayıb, təkcə ayağı yaralı olub. Lakin uşağın küçəyə atılması və sahibsiz itlərin əhatəsinə düşməsi faktının özü elə zorakılıq deməkdir.

    Uşaq hələ öz adını deyə bilmir. Onu sadəcə Mələk adlandırıblar. Bir xeyli axtarışdan sonra uşağın valideynləri olduğu güman edilən şəxslər "Səni axtarıram" verlişinin vasitəsilə üzə çıxarılıblar. Özlərini həmin uşağın nənəsi və qohumları adlandıran şəxslər efirə gələrək uşağın adının Lalə olduğunu deyiblər.

    Qadınlar uşağın oğurlandığını iddia ediblər. Buna baxmayaraq, hüquq-mühafizə orqanları iki yaşlı Lalənin nəzarətsiz olaraq küçəyə necə çıxdığını müəyyən etmək istiqamətində iş aparırlar.

    Əldə edilən ilkin informasiyaya görə, Lalə qaraçı ailəsindəndir. Uşağın şəklini görən Facebook sosial şəbəkəsinin istifadəçiləri qeyd edirlər ki, bu uşağı naməlum qadınla birlikdə "Koroğlu" metrostansiyasının yanında dilənən görüblər.

    Bununla belə, hüquq müdafiəçiləri hər şeyi edirlər ki, uşağı küçədə ölümə tərk edən məsuliyyətsiz valideynlərin əlinə verməsinlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR