Bakıda sürücüdən “unikal” hərəkət: Yolu bağladı, insanlar evlərinə gedə bilmədi – FOTOFAKT
Bünyad Sərdarov küçəsi ilə Şeyx Şamil küçəsinin kəsişməsində avtomobilini saxlayan sürücü sakinlərin qəzəbinə səbəb olub.
“Azxeber.com”-a hadisə şahidlərinin verdiyi məlumata görə, 90 –TE – 155 dövlət nömrə nişanlı Hundai “SantaFe” markalı avtomobil Bünyad Sərdarov küçəsi ilə Şeyx Şamil küçəsinin kəsişməsindəki yoldan istifadə etmək istəyən sürücülərə maneə olub.
Belə ki, yolun giriş hissəsində avtomobili saxlayan sürücü bu yoldan istifadə etmək istəyən digər sürücülərə çətin anlar yaşadıb.
Sözügedən küçədə yanğın və ya hansısa başqa fövqalədə halın baş verməsi zamanı yaşanacaq nəticələri oxucularımız fotolara baxandan sonra daha yaxşı anlayacaq.
Qeyd edək ki, bir neçə ay bundan öncə «dayanma» və «durma» qaydalarının tənzimlənməsi DYP-nin əlindən alınaraq Bakı Nəqliyyat Agentliyinin (BNA) səlahiyyətlərinə verilmişdi. Ümumilikdə isə nəqliyyat vasitələrinin dayanma və durma qaydaları “Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin I hissəsi nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmalı (durmalı) olduğunu təsbit edir.