Rusiyada azərbaycanlı iş adamı həbs edildi – Saxta arağa görə
Moskvada azərbaycanlı iş adamı Asif Babayev həbs edilib.
“Qafqazinfo” “Mash” teleqram-kanalına istinadən xəbər verir ki, iş adamının rəhbərlik etdiyi zavodda saxta içki hazırlanırmış. Üstəlik gizli sexdə miqrantlar çalışırmış.
Hüquq-mühafizə orqanının əməkdaşları zavodda 77 min şüşə saxta içki aşkarlayıblar.
A.Babayev haqda iki maddə üzrə cinayət işi başlanıb.