AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xalq artisti qəzaya düşdü – Fotolar

  • + A
  • - A
  • 7-08-2019, 11:22

    Xalq artisti qəzaya düşdü – Fotolar

    Tovuzda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

    APA xəbər verir ki, avtoqəza Heydər Əliyev prospekti ilə Mərdan Musayev küçəsinin kəsişməsində qeydə alınıb.

    Bildirilir ki, yol qəzası zamanı “Chery Tiggo”, “Mercedes Vito” və “VAZ 2107” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.

    Yol qəzasının səbəbləri hazırda polis tərəfindən araşdırılır.

    Qeyd edək ki, “Chery” markalı avtomobili xalq artisti, aktyor Əjdər Həmidov idarə edirmiş.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR