AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda arvadını evində xəyanət edərkən tutan ər öldürüldü

  • + A
  • - A
  • 13-09-2019, 14:16

    Bakıda arvadını evində xəyanət edərkən tutan ər öldürüldü

    Bakıda 21 yaşlı oğlan bıçaqlanıb.

    APA xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb. Şəhər sakini, 1998-ci il təvəllüdlü Cəfər Əhmədov bıçaqlanıb.

    Müəyyən edilib ki, onu bıçaqlayan həmyerlisi, 1992-ci il təvəllüdlü Seyran Əliyev C. Əhmədovun həyat yoldaşı ilə qeyri rəsmi münasibətdə olub.

    Belə ki, S. Əliyev qadınla onların evində görüşən zaman C. Əhmədov evə daxil olub. Bu zaman tərəflər arasında dava olub. S. Əliyev masanın üzərindəki bıçağı götürərək C. Əhmədovu bıçaqlayıb.

    Yaralı xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.

    Hadisəni törədən S. Əliyev polis tərəfindən saxlanılıb.

    Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR