AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Həbsdən çıxan azərbaycanlı biznesmendən şok açıqlama – VİDEO

  • + A
  • - A
  • 25-10-2019, 14:02

    Həbsdən çıxan azərbaycanlı biznesmendən şok açıqlama – VİDEO

    Ötən ay Daşkənd məhkəməsinin qərarı ilə azadlığa buraxılan azərbaycanlı biznesmen, “Gold Center” zərgərlik şirkətinin rəhbəri Əhməd Əliyev mətbuat konfransı keçirərək, bəzi sirli məqamlara aydınlıq gətirib.

    Oxu.Az xəbər verir ki, 53 yaşlı iş adamı 2012-ci ildə bir qrup generalın hazırda ölkə prezidenti, o zaman isə Baş nazir olan Şavkat Mirziyoyevə qarşı sui-qəsd təşkil edildiyini açıqlayıb:

    “2011-2012-ci ildə Özbəkistanda dövlət çevrilişi hazırlanırdı. Çevriliş o zamankı prezident İslam Kərimovu vəzifəsindən uzaqlaşdırmaqla yanaşı, həmin dövrdə Baş nazir olan Şavkat Mirziyoyevə qarşı sui-qəsd məqsədi ilə hazırlanmışdı. Bunun arxasında isə o zaman dövlət təhlükəsizlik xidmətinin rəhbəri general Şuxrat Qulyamov dayanmışdı”.

    Qulyamov 2017-ci ildə ömürlük azadlıqdan məhrum edilib, ancaq onun nədə ittiham olunduğu açıqlanmayıb.

    Ə.Əliyev çevriliş cəhdi ilə bağlı digər şəxslərin adını ictimaiyyətə açıqlamasa da, bununla bağlı hökuməti məlumatlandırdığını deyib.

    Əliyev həbs olunmasının əsas səbəbi kimi onun bu məsələdən xəbərdar olmasını göstərib:

    Həbsdən çıxan azərbaycanlı biznesmendən şok açıqlama – VİDEO
    “Mənim həbsimin iqtisadi səbəbi isə Daşkənddə tikdirdiyim “Gold Center”i əlimdən almaq cəhdi idi. Ancaq bu, ikinci səbəb idi”.

    Qeyd edək ki, Ə.Əliyev etnik azərbaycanlıdır, zərgərlik şirkətini 20 yaşında qurub. O, həyat yoldaşı və şirkətin doqquz əməkdaşı 2012-ci ildə həbs olunmuşdu. 2013-cü ildə Daşkənd məhkəməsi biznesmeni 20 il müddətinə azadlıqdan məhrum edib.

    O, cinayətkar qruplaşma yaratmaqda ittiham edilsə də, biznesmen bu itttihamları qəbul etməyib. Şirkətin doqquz əməkdaşına da həbs cəzası verilib, ancaq iş adamının arvadı şərti cəza alıb.

    2014-cü ildə Əliyev “Jaslık” həbsxanasında hökumət nümayəndələri ilə əlaqə quraraq, şəxsən Mirziyoyevə 2012-ci ildəki sui-qəsd planları ilə bağlı məlumatları çatdırıb.

    2017-ci ildə Əliyev saxlanma şəraitindən şikayətçi olub.

    2019-cu ilin sentyabrında işə yenidən baxan Daşkənd məhkəməsi Əliyevi azadlığa buraxıb.

    Rəsmi Daşkənd hələlik azərbaycanlı biznesmenin bu fikirlərinə münasibət bildirməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR