AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DİN sutka ərzində saxlanılanlar barəsində məlimat yaydı

  • + A
  • - A
  • 5-02-2021, 11:27

    DİN sutka ərzində saxlanılanlar barəsində məlimat yaydı

    Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri ərazisindəki müxtəlif yerlərdə quraşdırılmış 4 “Milli Ön” ödəmə terminalından ümumilikdə 7303 manat pul, kassa aparatı və 300 manat dəyərində kaset hissəsi oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əsgərov saxlanılmışdır.

    ***
    Cəbrayıl RPŞ (Biləsuvar RPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum olunmuş R.Cəfərovun yaşadığı evə baxış zamanı oradan “AKM” markalı avtomat, 1 ədəd patron darağı və 27 ədəd patron aşkar edilərək götürülmüşdür.
    ***
    Xızı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən F.Hüseynov saxlanılmışdır. Şəxsi axtarış zamanı üzərindən və yaşadığı Şorabad qəsəbəsindəki evin həyətindən 600 qram heroin aşkar edilərək götürülmüşdür.

    ***
    Narkotik vasitə ilə tutulmuş Q.Baladadaşovun ətrafında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə ondan narkotik vasitəni götürmüş Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş F.Baxşəliyev və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş N.Hüsiyev müəyyən edilərək saxlanılmışlar.
    Davam etdirilən tədbirlərlə F.Baxşəliyevdən 19 qram, yaşadığı evdən 2 kiloqram 102 qram metamfetamin, 1 kiloqram 258 qram heroin, 39 qram tiryək, 25 qram marixuana, 70 ədəd metadon həbi, N.Hüsiyevdən isə 10 qram metamfetamin, yaşadığı evdən 590 qram heroin aşkar edilərək götürülmüşdür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR